Peşəkar Futbol Liqası "Sumqayıt" - "Neftçi" oyununun keçiriləcəyi stadionu dəyişdirib. Fanat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Sumqayıt" PFL-ə müraciət edərək ev oyunlarını keçirdikləri stadionda infrasturuktur işlərinin yekunlaşmaması ilə əlaqədar olaraq Topaz Premyer Liqasının "Neftçi" ilə matçının "Bakcell Arena" stadionunda, ikinci dövrənin matçının isə Sumqayıt şəhərində keçirilməsinə icazə verməyi xahiş edib. PFL "Neftçi"nin də razılıq məktubunu nəzərə alaraq sentyabrın 22-dəki matçın "Bakcell Arena"da, XV turdabaş tutmalı olan qarşılaşmanın isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilməsinə qərar verib.