Həftə sonu Topaz Premyer Liqasında 7-ci turun oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, futbol azarkeşləri 5 oyundan 3-nü televiziya vasitəsilə canlı izləyə biləcək.
Öncə futbolsevərlərə sabah saat 17:00-da Qəbələdə baş tutacaq "Qəbələ" - "Rəvan" matçı təqdim olunacaq. İkinci oyun isə sentyabrın 21-də "Şəfa" stadionunda baştutacaq Bakı derbisi olacaq. 17:00-da "İnter" - "Bakı" qarşılaşması da canlı yayımlanacaq. Sonuncu oyun isə bundan 2 saat sonra, 19:00-da təqdim ediləcək. "Bakcell Arena"da baş tutacaq görüşdə "Neftçi" "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, bu turda keçiriləcək "Neftçi" - "Sumqayıt" qarşılaşması Sumqayıtda baş tutmalı idi. Lakin "Sumqayıt" PFL-ə müraciət edərək ev oyunlarını keçirdikləri stadionda infrasturuktur işlərinin yekunlaşmaması ilə əlaqədar olaraq Topaz Premyer Liqasının "Neftçi" ilə matçının "Bakcell Arena" stadionunda, ikinci dövrənin matçının isə Sumqayıt şəhərində keçirilməsinə icazə verməyi xahiş edib. Qurum isə öz növbəsində bu istəyə müsbət cavab verib.