Topaz Premyer Liqasında VI turun rəmzi komandası müəyyənləşib. Fanat.az xəbər verir ki, “InStatFootball” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən həftənin ən yaxşı "11-liy"i aşağıdakı kimidi:
Qapıçı: Dieqo Kosta (Qəbələ).
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Karlos Kardoso (Neftçi), Joao Paulo (İnter), Mahir Şükürov (Neftçi).
Yarımmüdafiəçilər: Flavinyo (Neftçi), Erik Ramos (Neftçi), Araz Abdullayev (Neftçi), İlqar Ələkbərov (İnter).
Hücumçular: Viktor Mendi (Qəbələ), Vaqif Cavadov (İnter).