
Azərbaycan Premyer Liqasında ardıcıl 5 məğlubiyyət alan “Neftçi” heç də yaxşı günlərini yaşamır. Bu üzdən yeni baş məşqçi Elxan Abdullayev transferlər barədə ciddi düşünür. Artıq Sumqayıt futbol məktəbinin yetirməsi olan Tərzin Cahangirov azad agent kimi transfer olunub və dünən "Sumqayıt"la oyunda rəsmi debütünü gerçəkləşdirib.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, Elxan Abdullayev bununla kifayətlənmək fikrində deyil. Sabiq futbolçusu Mahir Şükürovun "Neftçi"də məşq etdiyini bilirsiniz. Ancaq "Neftçi"yə daha 3 futbolçu da təklif olunub. Həmin futbolçular legionerlərdir. Bu futbolçular bəyəniləcəyi halda, "Neftçi" qış fasiləsindən erkən bu oyunçuları azad agent kimi heyətinə qata biləcək.
Ancaq istisna edilmir ki, onların keçidi qış fasiləsi zamanı da gerçəkləşsin. Hər halda biz sizə bu futbolçuların adlarını təqdim etməyə çalışacağıq.
Fanat.Az