"Premyer Liqanın yayım hüququnu "Topaz"a həvalə edəndə bəziləri bizim bu addımımızı tənqidlə qarşıladı. Lakin onlar əməkdaşlığımızın müsbət tərəfini görüb işıqlandırmadılar. Premyer Liqada elə tur oldu ki, 5 oyunun hamısı göstərildi". Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
PFL rəhbəri teleyayımdakı problemlərə görə klubları ittiham edib: "İndi bəzi problemlərlə üzləşirik. Bəzi klublar yayımdan imtina edir. Canlı yayım təşkil edirik, deyirlər istəmirik, etməyəndə də deyirlər ki, canlı yayım istəyirik. Elə problemlər var ki, açıqlamaq olmur. Amma bütün günahları PFL-də görürlər".