Bu gün "Bakı" ilə qarşılaşan "Sumqayıt" oyununun baş hakimi Elvin Əsgərovdan narazı qalıb. Fanat.az xəbər verir ki, 34-cü dəqiqədə "Sumqayıt"ın hücumçusu Vüar Əsgərov cərimə meydançası daxilində yıxılıb.
Bu zaman "Sumqayıt" tərəfi hakimdən penalti gözləsə də, referi futbolçuya simulyasiyaya görə sarı vərəqə göstərib. Bu da qonaq komandanı narazı salıb.
Artıq PFL epizodun görüntüsünü yayımlayıb. Epizoddan da görünür ki, hakim haqlı qərar verib.