Peşəkar Futbol Liqası I divizionun IV turunun təqvimində dəyişiklik edib. Fanat.az xəbər verir ki, bu gün keçirilməli olan "Karvan" - "Şəmkir" oyunu sabaha təyin olunub. Dəyişikliyə səbəb Yevlax şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin keçirilməsidi.
“Bakılı” - “Ağsu” qarşılaşması isə əvvəlcədən təyin olunduğu "Şəfa" stadionunun "Şəfa" stadionunun IV meydançasında yox, Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.