"Səbail"in futbolçusu Amit Quluzadənin başı partlayıb. Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi "İnter"lə oyunda xəsarət alıb.
Epizodların birində rəqibin ayağı Amitin başına dəyib və futbolçu başından yaralanıb. Başına sarğı qoyulduqdan sonra oyunu davam etdirən Quluzadə 54-cü dəqiqədə Aqşin Muxtaroğlu tərəfindən əvəzlənib.
Qeyd edək ki, "Səbail" "İnter"i 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az