19:23 18.11.2017 1707

Samir Əliyev: "Onun istefa qərarı gözlənilməz oldu"

"Səbail”in baş məşqçis Samir Əliyev Topaz Premyer Liqasının XII turunda "Kəpəz”ə səfərdə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonrta mətbuat konfransı keçirib. Gənc mütəxəssis ilk olaraq matç haqda fikirlərini bildirib.
 
- Hər iki komandaya qələbə lazım idi. "Kəpəz"in durumu məlum idi. Gərgin matç oldu. Sevinirəm ki, bu çətin matçdan 3 xalla ayrıla bildirk. 
 
- Hesabda 2 top irəlidə və say üstünlüyünə malik olsanız da, rəqib hesabı bərabərləşdirə bildi. Komanda niyə dayandı?
- Bu mənə də maraqlı, qəribə gəldi. Oyunu təhlil edib bunu aydınlaşdıracağıq. Açığı, həmin anda çox narahat oldum. Yaxşı ki, yenidən hesabda irəli çıxa bildik. Ancaq bu zaman da üstünlüyümüzü əldən verə bilərdik. 
 
- Sizcə, hakim oyunu çoxmu korladı? Rauf Cabbarov matçın ipini əldən vermişdimi?
- Heç bir penalti haqda fikir söyləyə bilmərəm. Çünki həmin epizodlardan uzaqda idim. Ancaq qımrızı vərəqəni haqlı sayıram. Rəqib futbolçu da dedi ki, oyunçumuzu vurub. Bu isə qırmızı vərəqədi.
 
- Komanda hücum etsə də, müdafiəçiləriniz rəqibə hədiyyələr verməklə məşğul idi. Belə arxa xətlə uzağa getmək olarmı?
- Yox. Hər mövqedə problemimiz var. Ümumiyyətlə, heyətlə bağlı problemlərimiz çoxdu. Biz bunu yaxşı bilirik, siz də kənardan görürsünüz. Rəhbərliklə söhbətləşəcəyik. Artıq indidən qışda kimlər yollarımızı ayıracağımızı müəyyənləşdiririk. Artıq indidən axtarışça çıxmışıq. Qarşıda kuboku da nəzərə alsaq, 6 oyunumuz var. 
 
- Həmkarınız Şahin Diniyev bildirdi ki. qırmızı vərəqə oyuna həlledici təsir göstərdi. Siz bu fikirlə razısınız?
- Bəli, tam razıyam. Qırmızı vərəqə olmasaydı, bizə daha çətin olardı. Onda nəticənin necə olacağını demək çətin olardı. Şahin müəllimə uğurlar arzulayıram
 
- Yəqin ki, gələcək komandalarında uğurlar demək istədiniz. Çünki o, artıq istefa verib...
- Bunu bilmirdim. Təəssüf edirəm. Bu qərar mənim üçün gözlənilməz oldu. Mən hələ ilk dövrədə "Kəpəz"ə qalib gələndə də demişdim ki, Diniyev ən yaxşı məşqçilərinizdən biridi. "Kəpəz" onun vaxtında yaxşı oyun göstərirdi. 
 
- Maraqlıdı ki, çempionatda 2-ci istefa da məhz "Səbail"lə oyundan məğlubiyyətdən sonra reallaşdı. Birinci Elxan Abdulayevin "Neftçi"dən gedişi olmuşdu. Belə çıxır ki, siz rəqibləriniz üçün arzulunmaz baş məşqçisiniz?
- Bu, futboldur. İstefa hər baş məşqçinin başına gələ bilər. Mən də nə vaxtsa postundan gedə bilərəm. Belə olmasını istəməzdim. Təəssüf edirəm ki, belə alındı. 
 
- "Kəpəz"in futbolçuları oyunçularınızı tez-tez bilrərkdən yerə uzanaraq vaxtı uzatdıqlarından gileylənirdilər...
- Mən də razıyam ki, belə olmaz. Düzdür, Avropanın hər yerində belə hallar olur. Ancaq mən bunun tərəfdarı deyiləm. Nəticədən asılı olmayaraq sonadək oynamaq lazımdı. Düzdür, ola bilər ki, futbolçu ciddi zədələnib. Anca zədə yoxdursa, bilərəkdən uzanaraq vaxtı uzatmağa qarşıyam. Gördüyünüz kimi, buna görə futbolçularıma etirazımı bildirdim.(sport24.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X