"Neftçi"dən ayrılan Uqo Barqas karyerasını Boliviyada davam etdirəcək. Fanat.Az xəbər verir ki, Argentina əsilli fransalı hücumçu "Bluminq" klubuna keçib.
Bu barədə Boliviya klubunun meneceri Tito Paz açıqlama verib. 31 yaşlı forvard yanvarın əvvəlində yeni klubuna qoşulacaq. Klub rəsmisi bildirib ki, transferlə bağlı rəsmi təklif göndərilib və danışıqlar müsbət yekunlaşıb.
Qeyd edək ki, Uqo Barqas 2012/13, 2014/15 və 2015/16 mövsümlərində "Bluminq" klubunda çıxış edib. Bu ilin yanvarında Boliviya klubundan "Neftçi"yə gələn futbolçu ölkəmizdə 31 rəsmi oyuna çıxıb və 7 qol vurub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol