"Qarabağ”ın qapıçısı İbrahim Şehiç yetirməsi olduğu Bosniya və Herseqovinanın "Jelezniçar” klubunun düşərgəsinə baş çəkib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, o, komandanın "Qrbavitsa” stadionundakı məşqində və gənclər akademiyasında futbolçularla görüşüb.
Şehiç komandanın mövsümün ikinci yarısına hazırlığı ilə maraqlanıb, "Jelezniçar”a uğurlar arzulayıb.
Qeyd edək ki, Şehiç "Jelezniçar”ın yetirməsidi. O, peşəkar karyerasına 2007-ci ildə Sarayevo klubunda başlayıb və 2011-ci ildə Türkiyənin "Mersin İdman Yurdu" klubuna transfer olunub. Qapıçı "Jelezniçar”la 2009/10 mövsümündə ölkə çempionu, 2010/11 mövsümündə kubokun qalibi olub.
Fanat.Az