"Arsenal"ın futbolçusu Məsut Özil uzun müddətdi sevgili olduğu Amine Gülşe ilə evlənir. Fanat.Az xəbər verir ki, Almaniya millisinin türk üzvü ilə sevgilisi avqustda toy edəcək.
Cütlük toyun Rusiyada 14 iyun - 15 iyul aralığında baş tutacaq dünya çempionatından sonra keçirilməsinə qərar verib. "Arsenal"la yeni müqavilə imzalayan Məsut bir müddət əvvəl İstanbulda 25 milyon lirəyə dəniz mənzərəli ev almışdı.
Qeyd edək ki, Amine Gülşə İsveçin Göteborq şəhərində doğulub. 2014-cı ildə Türkiyə gözəli seçilib. 24 yaşlı gözəl "Asla vazkeçmem" serialında baş rolu canlandırıb. O, həm də mankenlik edir.
Fanat.Az