"Yeni sistemlə çıxış edirik. Heyətdə yeni futbolçular var. İstədiyimiz səviyyədə deyilik. Anlaşma o səviyyədə deyil. İnanıram ki, oyundan-oyuna düzələcək. Düzdü, nəticə də lazımdı, ancaq nəticədən də əsas komanda formalaşdırmaqdı. Biz Premyer Liqada yeni komandayıq. Çalışırıq ki, növbəti mövsüm üçün yaxşı komanda formalaşdıraq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə" ilə oyundan (1:1) sonra "Səbail"in baş məşqçisi Samir Əliyev deyib.
Baş məşqçi Vüqar Nadirovun əvəzlənməsinin səbəbini açıqlayıb: "Bu onun qol epizodunu boşa verməsi ilə bağlı deyildi. Əvvəlcədən bunu planlaşdırmışdıq. Nurlanı da, yeni gələn hücumçunu da oynatmaq istəyirdik".
Samir Əliyev Kərim Diniyevi yeni mövqedə oynatmasından da danışıb: "Kərim komandaya yeni gələndə onunla danışdıq və həmin mövqedə çıxış edə biləcəyini dedi. Onun üçün yeni mövqedi, inanıram ki, gələcəkdə hər şey öz qaydasına düşəcək".
Fanat.Az