I divizion təmsilçisi "Sabah" növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, müqavilə ilə "Səbail" klubuna məxsus olan Raul Yaqubzadə mövsümün sonuna kimi icarə əsasında "Sabah"da çıxış edəcək.
Qeyd edək ki, "Bakı" klubunun yetirməsi sayılan 24 yaşlı hücumçu daha öncə "Mil-Muğan" və "Qaradağ Lökbatan"da oynayıb.
Fanat.Az