"Səbail"in baş məşqçisi Samir Əliyev "Qəbələ" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, mütəxəssis 2:1 hesablı qələbə qazandıqları oyunla bağlı bunları deyib:
"Qəbələ” kimi komandaya qalib gəlmək gözəl hissdi. Qalib gəlsək də, səviyyə fərqi görünürüd. Hələ öz üzərimizdə çox çalışmalıyıq. Qarşıda bizi Gəncədə "Kəpəz”ə qarşı çətin oyun gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq. Biz çalışırıq ki, komanda oyundan-oyuna daha yaxşı çıxış etsin. Futbolçular da bunun üçün çalışırlar. Ola bilsin, bundan sonra "Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq. "Saraqosa” da "Barselona”nı 5 ildə bir dəfə məğlub edir. Səhvlərimiz var idi. Bunun üzərində çalışacağıq. Elə oyunçu var ki, adını çəkməyəcəm, son oyunlarda eyni səhvləri buraxır. Nə qədər deyirəm, yenə düzəltmir. Bizdə elə oyunçular var ki, məsələn Fəhmin Muradbəyli "Neftçi”də ehtyatda qalırdı, ancaq bizdə son 3 oyunda 2 qol vurub. Rahil Məmmədov küçədə qalmışdı, ancaq bizdə yaxşı oyun sərgiləyir".
Eyni səhvləri təkrarlayan futbolçunun gürcü legioner Nikoloz Apakidzedi olduğunu deyən Əliyev ona növbəti oyunlarda şans verməyəcəyini bildirib.
Fanat.Az