Qışda baş məşqçi Samir Əliyevin "Səbail”dən göndərdiyi Edqaras Jarskis özünə yeni komanda tapıb.
Fanat.az xəbər verir ki, Bakı klubunda ümidləri doğrulda bilməyən litvalı müdafiəçi karyerasını Polşada davam etdirəcək. 23 yaşlı mərkəz müdafiəçisi "Bıtoviya” ilə müddəti iyunun sona qədər nəzərdə tutulmuş müqavilə bağlayıb.
Qeyd edək ki, Əliyev Jarskisi "Səbail”ə ötən ilin yayında gətirmişdi.
Fanat.Az