16:58 01.03.2018 1664

Axundovu bu dəfə legioner yalançı çıxardı

İndi Zaur Axundov yenə danışmağa və özünü biabır etməyə başlayacaq. Nə idarəetməni bacarır, nə danışmağı. Diplomatiyası da yoxdu. Nə olsun ki, 7-8 vəzifə sahibidi, bu bacarıqlar da neft borusu ilə gəlmir ki, problem olmasın.

"Keşlə”nin baş məşqçisi Yuri Maksimovun istefasıyla bağlı xəbəri təkzib etməyə çalışarkən yalan danışan klubun Müşahidə Şurasının sədri olan-qalan hörmətini də itirdi. Ona cavab silləsini elə öz oyunçusu vurdu.

"Keşlə"nin yarımmüdafiəçisi Nemanya Stoyanoviç əsas komandaya düşməməsiylə bağlı sualın cavabında bunları deyib: "Bu sualı mənə yox, baş məşqçiyə verin. Ondan soruşun ki, məni niyə oynatmır. Maksimovun istəyilə komandaya götürülmüşəm. Ancaq oynamamağımla bağlı onunla heç bir söhbətimiz olmayıb. Mənim işim məşqdə bacarığımın 100 faizini göstərməkdi. Kimin oynayıb-oynamayacağına isə baş məşqçi qərar verir. Mən öz şansımı gözləyirəm. İnanıram ki, qarşıdakı oyunlarda meydana çıxacam. Çünki buna layiqəm. Tezliklə nəyə qadir olduğumu meydanda da göstərəcəm. Maksimovun istefa verməsi ilə bağlı heç nə deyə bilmərəm. Çünki mən futbolçuyam. Belə məsələlərə qarışmıram. O ki qaldı peşman olub-olmamağıma, indi bu barədə danışmağın vaxtı deyil. 2 həftədən sonra sizinlə hər şey haqda söhbət edə bilərik".

İndi Axundov buyursun, fiziki hazırlığının zəif olması üzündən əvəzedici heyətə göndərildiyi deyilən oyunçunun əzələlərinin diametrini ölçsün. Zaur bəyin dedikləri hara, Nemanyanın təkzibi hara? Yalan yalan üstə. 40 gün nədi, heç 1 sutka keçməyib. Qaş düzəldərkən göz çıxarmaq buna deyirlər.

Maksimov istefa verib, onu xahiş-minnətlə saxlayıblar. Ortada təzminat məsələsi də var, buna görə məşqçiyə təzyiq etmək asandı. İstədiyin vaxt çıxıb getmək də olmur.

Stoyanoviçin açıqlamasındakı "2 həftədən sonra sizinlə hər şey haqda söhbət edə bilərik” cümləsi də təsadüfi deyil. Təbii ki, futbolçunun müqaviləsi davam edir, həmin vaxt azad ola bilməz. Deməli, məşqçinin gedəcəyi günə işarə edir. Daha 1-2 məğlubiyyət və Maksimov bu dəfə istefa verən yox, qovulan şəxs olacaq. 

Axundov bu cür mənasız açıqlama verməkdənsə, reallığı gizlətməkdənsə, məşqçidən hesabat istəsəydi, daha yaxşı olardı. Əksər transferləri ukraynalı edib, komanda isə evdə uğura həsrətdi. Səfərdə zəif "Kəpəz”i yenmək heç nəyi dəyişmir. Maksimov buyursun, "Səbail”i, "Sumqayıt”ı yenə bilməməyin hesabatını versin. Hələ liderlərlə oyunlar qabağdadı. 

Amma Zaur bəy səlahiyyət sahibi deyil, ya da kiminsə yanında çəkinəcəyi var. Ona görə də Maksimovun qarşısına çıxmağa, ona söz deməyə cəsarət etmir, gücü 2 cavan uşağı əvəzedici heyətə göndərməyə çatır. Maksimovun gətirdiyi bacarıqsız əcnəbilərdən hansınısa yox ha, klubun kövrək addımlarını indi atan yetirmələrini.

Mənbə: futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X