16:02 16.10.2013 646

Düşündüyünüz kimi görmədiyiniz yer - Naxçıvan

Futbol ictimaiyyəti Azərbaycan Superkubokunun Naxçıvanda keçirilməsi qərarını birmənalı qarşılamadı və blokada şəraitdə olan Muxtar Respublika üçün belə bir vacib matça ev sahibliyi etmək mühüm hadisədi. Peşəkar Futbol Liqasının (PFL) açıqladığı bu qərardan sonra yerli mətbuatda Naxçıvanla bağlı bir çox yazılar dərc olunmağa başladı. Mətbuatın bu oyuna böyük önəm verməsi və hadisələrin başında Naxçıvan adının hallanması, təbii ki, təqdirəlayiq haldı.


Çünki son illər Muxtar Respublika idmanı üçün görülən işlər, yaradılan infrastruktur regionda idmana göstərilən qayğının bariz nümunəsidi. Cari ilin əvvəlində Naxçıvan Muxtar Respublikası rəhbərinin göstərişi ilə “Araz-Naxçıvan” futbol komandası yaradıldı. Uzun müddət futbolsuz qalan regionda bu sahənin inkişafı üçün ilk olaraq uşaq futboluna daha çox diqqətin ayrılması nəzərdən qaçmadı. Bunun nəticəsi kimi idman idarələrində futbolun kütləviləşdirilməsi üçün tədbirlər planı hazırlandı. Əsas məqsəd, “Araz-Naxçıvan”ın I Divizionda uğurlu çıxışını təmin etmək idi. Bunun üçün Azərbaycanın bir çox klublarında çıxış edən gənc, istedadlı futbolçular komandaya cəlb edildi. Hazırda Muxtar Respublika klubu görülən işlər sayəsində ölkə çempionatında məğlub olmayan 3 komandadan biridi. Superkubokun Naxçıvanda keçirilməsi təşəbbüsünü irəli sürən PFL-in bu addımı Muxtar Respublikada alqışlarla qarşılandı. Çünki Naxçıvan istənilən idman növü üzrə yarışlara ev sahibliyi etməyə qadirdi. Hələ I Diviziona start verilməmişdən üç ay öncə Naxçıvan Muxtar Respublika stadionu müasir tələblər səviyyəsində təmir edildi və arenada müasir standartlara cavab verən hər bir şərait yaradıldı. Məhz bunun nəticəsidi ki, PFL rəhbərliyi “Xəzər Lənkəran” - “Neftçi” oyununun Naxçıvanda keçirilməsinə qərar verdi. Ancaq qurumun verdiyi bu qərar bəzi mətbu orqanları tərəfindən heç də birmənalı qarşılanmadı. Həmin orqanlar atılan bu addımı hətta siyasi müstəvi zəminində belə qələmə aldılar. 


Qeyd etmək istərdik ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidi və heç bir siyasi olay, baş verə biləcək xoşagəlməz nüans bu reallığı dəyişmir, dəyişməyəcək də. Odu ki, “Xəzər Lənkəran” - “Neftçi” oyununu “siyası oyun” kimi qiymətləndirənlər yanlış yolda olduqlarını bilməli, bu deyimi birdəfəlik unutmalırdılar. Etiraf edək ki, futbolun siyasətə bağlılığı dünya təcrübəsində də var, ancaq bu bağlılıq ölkənin bölünməsi naminə edilmir. Sadəcə əsas məqsəd ölkədə futbolun kütləviləşdirilməsi üçün istər vəzifəli şəxslərin, istərsə də adi insanların bu idman növünə olan marağını artırmaqdı. 


“Xəzər Lənkəran” - “Neftçi” matçının həmişə gərgin mübarizə şəraitində keçdiyi hamıya məlumdur. İki rəqib arasında oynanılan görüşlərdən sonra bəzən xoşagəlməz hadisələr ölkə mətbuatının gündəmini zəbt edir. Təbii ki, bu cür olaylar Azərbaycan futboluna, futbol funksionerlərinə yaraşmayan bir haldı. Naxçıvan Muxtar Respublikasında keçiriləcək oyundan öncə mətbuatda azarkeşlərin, xüsusilə “Xəzər Lənkəran” fanatlarının təzyiqə məruz qalacaqları ilə bağlı yayılan xəbərlərin heç biri həqiqəti əks etdirmir. “Neftçi”nin Naxçıvan klubu olduğunu iddia edənlər bilməlidir ki, klubun rəhbərliyi naxçıvanlı iş adamları ola bilər, ancaq bu, komandanın muxtar respublika klubu olduğu anlamına gəlmir. “Xəzər Lənkəran” klubu ölkəmizin cənub bölgəsini təmsil edir, burda futbola qoyulan sərmayə, yaradılan şərait də məlumdu. 


Naxçıvanlı azarkeşlər üçün “Neftçi” və ya “Xəzər Lənkəran”ın başında kimin durduğu, komandanı kimin idarə etdiyi və ya klubu kimin maliyyələşdirdiyi vacib deyil, heç əhəmiyyət də kəsb etmir. Naxçıvanlı azarkeşlərin bildiyi sadəcə Azərbaycanın bütöv, bölünməz bir dövlət olmasıdı. Muxtar Respublika sakinləri üçün bu ölkənin türkü, talışı, ləzgisi, avarı və s. millətləri eynidi, heç bir ayrı-seçkilik də ola bilməz. Əminliklə deyə bilərik ki, Superkubokda hər iki komandanın futbolçularını, klub rəhbərliyini həmçinin azarkeşlərini qəbul etməyə və onlara eyni hörməti göstərməyə Naxçıvan Muxtar Respublika rəhbəri, sakinləri və azarkeşləri hazırdı. “Xəzər Lənkəran” - “Neftçi” oyunundan sonra yazılanların yanlışlığının bir daha şahidi olacaqsız. 


Elxan Yaqub

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X