Dünya futbolunun ən gözəl qadın hakimlərindən biri Fernanda Kolombo Ulianadı. Braziliyalı hakim işi ilə yanaşı, gözəlliyi ilə də daim diqqət mərkəzindədi.
Qeyd edək ki, Fernanda Kolombo Uliana 2014-cü ildə böyük qalmaqala səbəb olmuşdu. Belə ki, Braziliya A Seriyasının "Kruzeyro" - "Atletiko Mineyro" matçında yan xətt hakimi olan xanım ədalət təmsilçisi 1:2 hesabı ilə uduzan "Kruzeyro"nun son dəqiqədə vurduğu qolu ofsayd olaraq qeyd etmişdi. Bu isə klub rəhbərliyinin və azarkeşlərinin sərt etirazına səbəb olmuşdu.