Ronaldo mesaj yazıb, məşhur gözəli evinə çağırdı - FOTOLAR
"Real"ın və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldonun braziliyalı "Miss BumBum" gözəli Erika Kanellaya yazdığı mesajlar üzə çıxıb.
Fanat.Az xəbər verir ki, Portuqaliya mediasının üzə çıxardığı mesajlarda futbolçu braziliyalı gözəli evinə dəvət edir.
"Evimə gəlmək istəyirsən? Səni görmək və sənə yaxın oturmaq istəyirəm" deyə Ronaldo yazır.
Mesajlarla bağlı danışan Kanella Ronaldo ilə görüşdüyünü bildirib. Braziliyalı xanım futbolçunun ona qarşı kobud davrandığını deyib: "Mən yarım saatlıq qadın deyiləm. Bir daha onunla görüşmək istəmirəm".