"Dənizlispor" - "Qaziantepspor" matçında maraqlı hadisə baş verib.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçın ikinci hissəsində daha öncəki oyunda aldığı cəza səbəbindən stadiona buraxılmayan "Dənizlispor" azarkeşi oyunu izləyə bilmək üçün ilginc bir yol tapıb.
Belə ki, sevimli komandasından ayrı qala bilməyən azarkeş kran icarəyə götürərək oyunu stadionun kənarından havada izləyib. Digər azarkeşlər onun bu addımını dəstəkləyib və alqışlayıblar.
Stadionun təhlükəsizlik əməkdaşları öncə bunu görməsələr də, daha sonra müdaxilə etmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, oyun "Dənizlispor"un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az