I divizionda 2017/18 mövsümünün qalib və mükafatçılarına medallar təqdim olunub.
Famat.Az xəbər verir ki, bu münasibətlə Peşəkar Futbol Liqası tərəfindən "AZAL Arena”da mükafatlandırma mərasimi təşkil edilib. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və qurumun baş direktoru Məlik Həsənov təqdim edib.
Belə ki, bu gün reallaşan "Şüvəlan” - "Xəzər” oyunundan sonra mərasim baş tutub. İlk olaraq fəxri kürsüyə bürünc medalların sahibi "Şüvəlan” klubu dəvət olunub. "Qaradağ Lökbatan” gümüş medallarını aldıqdan sonra isə I fivizionun qalibi "Xəzər” klubu mükafatlandırılıb. Qalibə qızıl medallarla yanaşı, kubok da təqdim olunub.
Qeyd edək ki, Elşad Əhmədovun başçılıq etdiyi "Xəzər” debüt ilində I divizionun qalibi adını qazanıb. Amma AFFA tərəfindən Premyer Liqaya buraxılmayıb.