18:07 21.10.2018 1896

"Neftçi"nin havaya sovrulan büdcəsi

Mövsümün ilk dövrəsini məğlubiyyətsiz keçirən "Neftçi”nin "qazı” Qəbələdə "alındı”. Bəlkə də, çempionatın VIII turu Roberto Bordin və komandası üçün ilk ciddi sınaq idi.

"Sabah”ı, "Sumqayıt”ı, "Səbail”i, "Keşlə”ni, "Zirə”ni udmaqla "çempion olacağıq” xəyallarına qapılmamalısan. Düzdü, bakılılar II turda "Qəbələ”ni öz meydanlarında məğlub etmişdilər. O "Qəbələ” ki, yayda heyəti zəifləmiş, mövsümün əvvəlində tam komplektləşməmişdi. Roberto Bordinin kollektivi xal itirdiyi yeganə matçda isə "Qarabağ”ın ikinci heyətindən 1 xal ala bilmişdi.

Həm yuxarıda sadalanan səbəbləri, həm də mövsümə uğursuz başlanğıc edən "Qəbələ”nin meydana son şans kimi çıxmasını nəzərə alıb, bu oyunu "Neftçi”nin ilk ciddi sınağı saymaq olardı. Paytaxt klubu birinci sınağındaca ilk dövrədə buraxdığı sayda top qapısında gördü. "Neftçi” Roberto Bordinin rəhbərliyi altında çempionatda ilk dəfə hesabda geri düşdüyündən, italiyalının bu baxımdan nəyə qadir olacağı da görünəcəkdi. İkinci hissədə hesab 2:0 olarkən hakimin "Qəbələ”nin penaltisini "oğurlaması”, 67-ci dəqiqədə ev sahiblərini meydanda 10 nəfərlə qoyması da Bordinə və oyunçularına kömək olmadı. "Qəbələ” hətta azlıqda da çempionluqdan dəm vuran "Neftçi” rəhbərliyinin başını bulamasına nail oldu. 90+4-cü dəqiqədə gələn qol isə yalnız darmadağının qarşısını aldı.

Həmin topun müəllifi olan Kvame Karikari qollarının sayını 2-yə çatdırdı. Bəli, doğru oxudunuz, böyük məvacib qarşılığında gətirilən mərkəz hücumçusu 8 turda 2 qol vurub. Qanalı 6 oyunda 349 dəqiqə meydanda olub, 4 dəfə start heyətində yer alıb. Hər kəsin ondan zəif olmadığını bar-bar bağırdığı yerli Mirabdulla Abbasov isə 8 matçda (403 dəqiqə) 2 qola imza atıb. Mirabdulla da 4 dəfə ilk dəqiqələrdən meydanda olub. İlk baxışdan Karikarini üstün görmək olar. Amma orta hesabla götürsək, Karikarinin hər oyunda 58, Abbasovun isə 50 dəqiqə oynadığını görərik. Üstəlik, vurulan qolların çoxunda Mirabdulla yaxından iştirak edib.

Gördüyünüz kimi, "Neftçi” rəhbərliyinin SOCAR-ın pullarını dağıtdığı legionerin yerli futbolçudan heç bir fərqi yoxdu. Elədisə, 23 yaşlı gənc hücumçun ola-ola ondan 3 yaş böyük və səviyyəcə üstün olmayan birinə nə ehtiyac var?

Buna görə Bordini qınamırıq. Axı klub prezidenti Kamran Quliyev həmin Karikarini elə bəh-bəhlə gətirib ki, italiyalı məşqçi onu kənarda saxlayıb, hansısa azərbaycanlı futbolçuya üstünlük verə bilməz. Əks təqdirdə çox gözəl bilir ki, Quliyevin qəzəbinə tuş gələcək və "Neftçi”li ömrü qısa çəkəcək. Bordinin hələ təqdim olunarkən "transfer işinə qarışmıram, buna rəhbərlik baxır” deməsi dolayı yolla "heyəti mən yox, rəhbərlik qurur” bildirməkdi.

Görünür, vaxtında Tərlan Əhmədov bu cümlələri sərf etməyə razılıq vermədiyi üçün "qələmi qırıldı”. Bordin də qələmini sağlam saxlamaq üçün lazım gəlsə qatığa "qara” da deməlidi.

Mənbə: Matc.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X