"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Yanq Boyz” üzərində qələbəni çılğınlıqla qeyd edib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis 90+1-ci dəqiqədə vurulan qələbə qolundan sonra sevincindən su qablarını yerə çırpıb.
Xatırladaq ki, "Mançester Yunayted" "Yanq Boyz"u məğlub edərək, növbəti mərhələyə yüksəlib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol