Xəbər verdyiymiz kimi, İtaliya Super Kubokunun "Yuventus" - "Milan" oyunu Səudiyyə Ərəbistanında keçirilib. Kral Abdullah stadionunda baş tutan qarşılaşmada Turin klubu 1:0 hesablı qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, bu görüşdə ərəb qadınlar 1 ildən sonra stadionda oyun izləmək şansı qazanıb. Stadionda ümumilikdə 61 min nəfər olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə ötən ilin yanvarında keçirilən "Əl-Əhli" - "Əl-Batin" oyununda stadiona buraxılmışdı.
Fanat.Az