13:40 23.01.2019 1324

Tərlan Əhmədov: "İki əcnəbi futbolçu ala bilərik"

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov klubun mətbuat xidmətinə müsahibə verib.

Fanat.Az xəbər verir ki, Antalya toplanışını dəyərləndirən çalışdırıcı keçirilən yoxlama oyunlarından və transfer işlərindən danışıb.

- Tərlan müəllim, təlim-məşq toplanışının böyük hissəsi artıq arxada qalıb. Hazırlıq dövründə qarşısınıza hansı məqsədləri qoymuşdunuz və düşündüklərinizi həyata keçirə bildinizmi?
- Toplanışda birinci məqsədimiz komandanın fiziki hazırlığını pik nöqtəyə çatdırmaqdan ibarət idi. Bundan sonra taktiki mərhələ başlayırdı. Bakı toplanışından sonra artıq 10-cu gündür Antalyada hazırlıqlarımızı davam etdiririk və Türkiyə hazırlığı çərçivəsində iki oyun keçirmişik. Taktiki məşqlər gedir və demək olar ki, istədiyimiz bəzi taktiki gedişləri, sistemdəki dəyişiklikləri həyata keçirdik. Bəzi səhvlər var idi ki, son iki yoxlama oyununda onlara daha çox diqqət ayırdıq və sonrakı məşqlərdə üzərində işləməyə başladıq. Ümumilikdə götürsək, komandanın 2-ci yoxlama matçında fiziki hazırlıq vəziyyəti qənaətbəxş idi və gördüyümüz iş müsbət istiqamətə doğru gedir. Bəzi taktiki məsələlər var ki, onların üzərində işlədik. Keçirdiyimiz son iki yoxlama matçında fərqli heyətlə və fərqli sistem və taktika ilə meydana çıxdıq. Ona görə ki, bizi çempionatımızda on dörd oyun gözləyir və bütün oyunların maraqlı, eyni zamanda, çətin olacağını düşünürük. Bu baxımdan son iki oyunda, ümumilikdə, gördüyümüz işlərdə taktiki və sistem dəyişikliklər üzərində çalışdıq.

- Hava şəraiti məşqlərdə çətinlik yaratdımı? Bu məqam məşq planına necə təsir göstərdi?
- Söz yox, problem olur və oldu. İki günlük bizdə problem oldu, amma bu iki gün ardıcıl olmadı. Həmin günlərdən də səmərəli istifadə etdik, yəni bir gün sırf fitnes məşqləri etdik. Digər problem yanvarın 22-də baş verdi. Ancaq həmin gündən də maksimum istifadə etməyə çalışdıq. Sadəcə, məşqin mahiyyətini dəyişdik, zamanı qısaltdıq və taktiki tapşırıqlar yox, tamamilə başqa tapışırıqlar üzərində işlədik. Hər halda vəziyyət nə bizdən, nə təşkilatçılardan asılıdır, bu, təbiət hadisəsidir və bu vəziyyətdən səmərəli istifadə etməliyik.

- Toplanış çərçivəsində keçirilmiş iki yoxlama matçı barədə təəssüratınız necədir?
- Açığı deyim ki, ilk yoxlama matçında, komandada ağır yükləmələrdən sonra gedişatı hiss etmək olurdu. Öncə qeyd etdiyim kimi, hər iki oyuna fərqli sistem və taktika ilə meydana çıxmışdıq, çünki çempionatda bizi fərqli sistem və taktika ilə oynayan komandalarla oyunlar gözləyir. Baxmayaraq ki, komandamız 1-ci oyunda ağır yükləmələrdən sonra meydana çıxmışdı. Ancaq buna baxmayaraq komandanın meydandakı hərəkətindən çox razı qaldım.

2-ci oyunda komanda ilk oyunla müqayisədə daha çox hərəkətli idi. 1-ci hissədə komandadan istədiyim oyunu görmüşdüm, amma bəzi məqamlarda çatışmazlıq var idi ki, onlar da zamanla aradan götürüləcək. Qarşıda hələ iki yoxlama oyunu var. 2-ci hissədə heyətdə 4-5 nəfər dəyişdikdən sonra sistemdə də dəyişiklik etdik ki, başqa sistem üzərində də çalışaq və sonda bu sistemdə bəzi çatışmazlıqlar ortaya çıxdı və onların üzərində işləməliyik. Ümumilikdə götürsək, komandada tərəqqi böyükdür. İlk və 2-ci yoxlama matçlarında böyük irəliləyiş var. Həm fiziki, həm komanda oyunu planında inkişaf var ki, bu da bizi çox sevindirir.

- Transferlər barədə nə deyə bilərsiniz?
- Bilirsiniz ki, bu günədək üç futbolçu ilə müqavilə imzalamışıq. İkisi yerli futbolçudur - Emin Mehdiyevi və Vüsal İsgəndərlini komandamıza cəlb etmişik. Emin Mehdiyevi "Neftçi”də çıxış etdiyi zamandan tanıyıram. Onun oyununa bələdəm və azərbaycanlıdır, istəyirəm ki, bizə köməyi dəysin. Vüsal İsgəndərli də "Zirə”də çıxış edirdi və biz onu komandamıza dəvət etmişik. 3-cü transferimiz legionerdir - Con Kamara. Hansı ki, Qazaxıstanın "Kaysar” komandasında çıxış edirdi. Həmin mövqeyə bizə təklif edilən ən optimal oyunçu məhz C.Kamara idi. Məşqçilər korpusu onu komandaya dəvət etdi. İki əcnəbi futbolçu da cəlb oluna bilər. Ən çox da istədiyimiz "pleymeyker”dir, onun axtarışları davam edir. Bu məsələdə tələsmək də istəmirik, çünki həmin mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik. Yaxın günlərdə hansı futbolçunun komandaya cəlb olunacağı bilinəcək.

- Mergim Brahimi adlı futbolçu komandada baxışda oldu və ilk yoxlama matçında meydana da çıxdı. Bu məsələdə nə yenilik var?
- Onun çox yaxşı futbolçu kayrerası var. Yunanıstanda və İsveçrədə oynayıb, amma ümumilikdə götürsək, uzun zamandır futbol oynamır. Çox ümidli idim ki, bəlkə o, bizə kömək edə bilər. Onun 6 ay futbol oynamaması mənim üçün problem yaradırdı. Amma hələ heç nə bitməyib. Hələlik axtarışdayıq və hər zaman hər şey ola bilər. Çalışırıq ki, daha yaxşı futbolçunu cəlb edək. Brahimi haqqında mətbuatda bəzi məlumatlar yayılmışdı, onun kosovalı olduğu bildirilmişdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, o, kosova mənşəlli İsveçrə vətəndaşıdır. Onun Albaniya və İsveçrə pasportu da var. Brahiminin əsli-kökü kosovalıdır və bunu şişirtməyə lüzum yoxdur. Onun bizim komandaya cəlb olunması məsələsi hələlik açıq qalır.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X