14:27 08.04.2019 2460

“Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib - FOTOLAR

7 aprel - Umumdünya Sağlamlıq Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, Dövlət Təhlükəsizliyi Xidməti Velosiped Klubunun və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Veloparkda "Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib.
 
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov da iştirak edib.
 
Tədbir iştirakçılarını salamlayan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev ətraf mühitin sağlamlaşdırılması, insanlara sağlam həyat tərzinin aşılanması məqsədilə təşkil olunan aksiyanın bütün iştirakçılarına ETSN-nin adından minnətdarlığını bildirib. Sonra yürüşə start verilib.
 
Veloyürüşdə həmçinin Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri də iştirak edib. Yürüş iştirakçılarının mükafatlandırma mərasimində çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı bu cür tədbirlərin həm insan sağlamlığına, həm də ekologiyanın qorunmasına müsbət təsir göstərdiyini deyib və veloyürüşün əhəmiyyətini yüksək qiymətləndirib.
 
AzVİF-in 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov isə iştirakçılara təşəkkürünü bildirərək son illər ərzində velosipedin həm idman növü, həm də nəqliyyat vasitəsi kimi inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi dəstəyinin hər zaman hiss edildiyini deyib. S. Ələkbərov paytaxt sakinlərini vaxtlarının səmərəli keçirmək, ailəvi şəkildə dincəlmək və velosiped sürmək üçün hər cür şəraiti olan Veloparkın imkanlarından maksimum istifadə etməyə çağırıb.
 
Tədbirin sonunda yürüşün fəal iştirakılarına xüsusi diplomlar təqdim olunub.

Fanat.Az
 














Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X