14:35 05.10.2019 3875

“Onu tanıyana qədər evlilik barədə düşünmürdüm” - Tarix yazan Teymurun həyatı...

Dünən çinli həmkarı Dinq Lirenə qalib gələrək şahmat üzrə Dünya Kubokunu qazanan Teymur Rəcəbovun bioqrafiyası yenidən maraq cəlb edib.

Fanat.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü T.Rəcəbov ən gənc beynəlxalq dərəcəli qrossmeyster adını 14 yaşında alıb. Bu nailiyyətlərindən sonra Teymur mərhum prezident Heydər Əliyevlə də görüşüb. 



Atası neft mühəndisi, anası isə ingilis dili müəllimi olan Teymur müsahibələrinin birində bildirib ki, 3 yaşından şahmat öyrənib və ilk məşqçisi elə atası Boris olub:

"3-5 yaşımdan şahmat oynayıram. Şahmat karyeramda atamın rolu böyük olub. Elə ilk məşqçim də atamdır. Şahmat sakit oyundur. Məsələn, futbolda hər şey açıq-aşkardır. Emosiya insanları idarə edir. Şahmatda isə gizlilik olmalıdır. Bir şeyi açıq etmək məğlubiyyətdir”.

Bundan sonrakı uğurları sırasında dünya çemionunu məğlub etmək də var. Teymur 16 yaşında ikən dünya çempionu və dahi Kasparovu qara fiqurlarla oynayaraq udub. Bu iki dahinin oyunu həmin il "Ən yaxşı oyun” mükafatı alıb. Teymur bu oyundakı qalibiyyəti ilə dünya birincisini udan ən gənc şahmatçı titulunu özünə götürüb.



Bir il sonra isə Kasparovun tituluna bir addım da yaxınlaşan Rəcəbov şahmat üzrə dünya çempionatının yarımfinalçısı olub. 22 yaşından başlayaraq 3 dəfə Avropa çempionu olub. Həmçinin, bir il ərzində 3 FİDE dünya çempionunu məğlub edən yeganə şahmatçıdır.



T.Rəcəbov Kasparovu, Anandı, Ponomaryovu, Topalovu da dünənki oyunda olduğu kimi qara fiqurlarla oynaraq məğlub edib. Teymur dünya sıralamasında 2767 xalla 9-cu yerdədir.

İlk azərbaycanlı dünya çempionu sosial şəbəkələrdə də paylaşımları ilə diqqət çəkir. Onun beynəlxalq siyasət və texnoloji yeniliklərlə yaxından maraqlandığı bildirilir, həmçinin paylaşımlarında ABŞ prezidenti Donal Trampa simpatiyası da hiss olunur.

Rəcəbov ailə həyatı ilə də tez-tez gündəmə gəlir. O, 2011-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurub. Toyda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. 2013-cü ildə isə cütlüyün qızı olub.



24 yaşında ailə quran Teymur Rəcəbov niyə tez evləndiyini belə açıqlayıb:

"Çoxları soruşur ki, 24 yaşında evlənmək karyerama mane olmadı ki? Karyeram mənim üçün önəmlidir. Amma sənin yarın olacaq birini tapıb, onu həyatına daxil etmək istəyəndə yaş haqqında düşünmürsən”.

Xanımı Elnarə Rəcəbova bir neçə il əvvəl müsahibəsində həyat yoldaşı ilə necə tanış olmalarından da bəhs edib:

"Teymurla bir futbol matçında tanış olduq. Mən futbol azarkeşiyəm və ona görə də atamla stadionlara getməyim elə də təsadüfi sayılmamalıdır. Həmin matçda bizi sadəcə olaraq bir-birimizlə tanış etdilər. Ondan sonra görüşmədik və mən Londona qayıtdım. Bu hadisənin üzərindən xeyli vaxt keçdi. Ancaq Teymur məni axtarıb tapdı və sosial şəbəkələrin birindən mənə yazmağa başladı. Bu da məni çox sevindirdi. Açığını deyim ki, Teymurla tanışlığa qədər mən evlilik, ailə həyatı barədə heç fikirləşmirdim də. Bütün bunlar mənə uzaq görünürdü. Onunla ilk yazışmağımız, evlənməyimiz və qızımızın dünyaya gəlməsi hamısı özlüyündən baş verdi.

O, çox təmkinli bir insandır. Heç vaxt evə neqativ enerji vermir. Əslində şahmat və ev həyatı tamam fərqlidir. İdmanda o, çox sərtdir. Ancaq evdə belə deyil. Teymur çox güclü şəxsiyyətdir və evi ilə şahmat həyatı arasındakı balansı qoruya bilir. Çox diqqətcildir, xeyirxahdır və qayğıkeş atadır. Onunla yaşamaq mənə çox rahatdır. Buna görə də biz bir yerdəyik".

Teymur Rəcəbovun xanımı Elnarə və qızı Məryəm
 










Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X