21:57 22.11.2019 1634

Qurban Qurbanov: “Qarabağ”da oynamaq asan deyil\"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. 

Ağdam klubunun çalışdırıcısı 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

"Ayxan Abbasovu təbrik edirəm. Məğlubiyyəti gözləyirdim. Neçə oyun idi uduzmurduq. Bu, baş verməli idi. Ancaq bunu futbolçulara bildirmirdim. Hazırda futbolçuların üzərinə çox getməyəcəm. Son zamanlarda bəzi epizodlar var ki, komandayla təhlil edirik”.

Qurbanov futbolçularının fikrinin Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları "Sevilya" ilə oyunda olması fikri ilə razılaşmadığını bildirib: "Belə deməzdim. Sadəcə, iki fərqli hissə oldu. Qola kimi həddindən artıq top itkilərinə yol verdik."Sumqayıt" da aktivliyini artırdı. Çox nüanslar göstərmək olar, sadəcə, məğlub olmuşuq və bunu qəbul edirəm. Son zamanlarda komandanı tam formalaşdıra bilmirəm. Zədəlilər var, biri sağalır, biri zədələnir. Hər bir halda, bunlara hazır olmalıyıq. İnanmıram ki, fikrimiz "Sevilya"da olsun. Hamımız qələbə qazanmaq istəyirdik”.

"Qarabağ”ın çalışdırıcısı son 4 oyunda komandanın məhsuldarlığının aşağı düşməsi ilə bağlı bunları söyləyib: "Son zamanlarda hücumçularımız çox zədələnir. Bu mövqedə problemlər olur. Yavaş-yavaş hamı qayıdır. Bu gün ümumiyyətlə 1:2-dən sonra Dani Kintananı da buraxa bilərdim, ancaq risk etmək istəmədim. Futbolçuları qorumağa çalışdım”.

Qurbanov "Sevilya" səfəri öncəsi bu məğlubiyyəti mümkün qədər tez unutmalı olduqlarını dilə gətirib: "İstər-istəməz təsir edəcək. Biz peşəkarıq, oyundan sonra da futbolçulara fikrimi bildirdim. Bu gün tam soyuqqanlı olduq. Məğlubiyyəti tez bir zamanda yaddan çıxarmalıyıq. Böyük komandayıqsa, belə məğlubiyyətləri tez unutmalıyıq. Düşünürəm ki, problem olmayacaq. Hazırda əsas olan futbolçuların tam formasını qorumaqdı”.

Təcrübəli məşqçi öz oğlu Musa Qurbanlıya niyə şans verməməsinə də toxunub: "Hər şeyin öz vaxtı var. Musa ilə yanaşı, digər gənc oyunçular da var. "Qarabağ"da oynamaq asan deyil. Onlar daha da çox çalışmalıdılar, zaman gələcək oynayacaqlar”. (Matc.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X