13:12 24.11.2019 2060

Millət vəkilləri: "Futbolumuz o qədər pis gündədir ki, 40 arvad yığışıb ağlamalıdı"

Milli komandamız seçmə mərhələni 1 xalla tamamladı. Bununla isə tarixinin ən bərbad göstəricisini təkrarladı. Yığma sonuncu dəfə 24 il öncə - 1995-də qrupu 1 xalla bitirmişdi.

Bu biabırçı nəticədən sonra "hədəf taxtası”nda baş məşqçi Nikola Yurçeviçlə yanaşı, AFFA rəhbərliyidir. Futbol ictimaiyyətinin əksəriyyəti hazırkı rəhbərliyi tənqid etməklə yanaşı, artıq onların vaxtının dolduğunu düşünür.

Bunu yalnız millinin uğursuz nəticələri ilə yox, daxili çempionatın da bərbad vəziyyətdə olması ilə əlaqələndirirlər. Təbii ki, futbol ictimaiyyəti ilə yanaşı, siyasi xadimlər də məsələyə biganə qalmırlar.

Hazırkı vəziyyətdə əsas günahkarın kim olduğunu, AFFA rəhbərliyinin gedib-getməməsinin vacibliyini və ölkə futbolunun necə xilas ola biləcəyinin yolunu öyrənmək üçün millət vəkilləri ilə əlaqə saxladıq.

Aqil Abbas: "Milli komanda uduzub? Nə danışırsız, elə şey olar? Axı bu şərəf işi idi? Nəsə belə şeylər danışırdılar. Nə deyim, heç nə. Açığı, indiki vəziyyətdə AFFA rəhbərliyinin istefa verməsi ilə heç nə düzəlməyəcək. Deyək ki, onlar getdi, məni gətirib qoydular. Nə olacaq ki? Mənə elə gəlir ki, ölkə futbolunu düzəltmək uzun bir proses olacaq. AFFA hazırda Bakı çempionatı keçirir. Ölkə çempionatı keçirilsəydi, bu vəziyyətə düşməzdik. Azərbaycanda futbol şəhərlərinin hamısı futbolsuz qalıb. Lüksemburqun 40 min əhalisi, 14 komandası var. Ancaq 500 min əhalisi olan Gəncə futbolsuz qalıb. Milli komandanın da nəticəsi göz qabağındadır. Birinci bu biabırçılığa görə Nikola Yurçeviç getməlidi, ikinci onu bura gətirənlər. Kim gətiribsə, çıxıb cavab versin. Görək bu Yurçeviçi hardan eşələyib tapıblar, hansı zibilxanadan gətiriblər. Bu nə deməkdi? Bu nə futboldu? Futbolda adam udar da, uduzar da. Ancaq bu dərəcədə biabırçılıq olmaz. Biri var idi, 10 xal yığmışdı. Yazıq getdi burdan. Qurban Qurbanova heç 6 ay vaxt vermədilər. Futbol təsərrüfatımız o qədər pis gündədi ki, bunun üçün 40 arvad yığışıb ağlamalıdır. Təbii ki, bütün bunlara görə federasiya rəhbərliyi məsuliyyət daşıyır. AFFA rəhbərliyi çıxıb bir dəfəlik deməlidi ki, yeni proqram tərtib etmişik. Və bunu tətbiq edəcəyik. 2005-ci ildə möhtərəm prezident futbolun inkişafı ilə bağlı sərəncam imzalamışdı. O zaman müyyən irəliləyişlər oldu. Rayon komandaları yarandı. Ancaq sanki qəflətən bir badalaq gəldi. Hamısı dağıldı. "Xəzər Lənkəran” kimi komanda dağıldı. İndi də "Qəbələ” dağılmağın astanasındadır. Təbii ki, hamısında günahkar AFFA-dır”.

Fazil Mustafa: "Milli komanda 0:2 yaxşı uduzdu. Bakıda 1:5 uduzmuşduq, irəliləyiş var (gülür). Əslində mən uğursuzluğun səbəbini tam olaraq AFFA rəhbərliyinə bağlamıram. Futbolun təbiəti başqadı. Əvvəla, bu sahəyə iş adamları cəlb edilməlidi ki, bu işə pul qoysunlar. Yalnız AFFA-nın səyləri ilə belə rəqabətsiz futbolda yetkin komanda formalaşdırmaq mümkün deyil. Açığı, bu dəfə qrupumuz da güclü idi. Biz bu qrupda kimdən xal ala bilərdik? Bir tək Xorvatiyadan xal ala bildik. Uels, Slovakiya, Macarıstan, Xorvatiya hamısı bizdən güclüdü. Hamısı favorit komandalardı. Bizim potensialdakı komandalar üçün bu qrupda xal qazanmaq real deyil. Yenə qrupda Andorra, Lixtenşteyn olsaydı, heç olmasa, bir qələbə qazanardıq. Məsəl var ki, adamı bəd işə göndərib, adını yarıtmaz qoyurlar. Rəqiblərimizin güclü çempionatları da var. Mən hesab edirəm ki, futbolu inkişaf etdrimək üçün ilk növbədə bazar iqtisadiyyatı çərçivəsində iş adamları qrupu yaradılmalı və onlar bu işə əl qoymalıdılar. Ancaq demək olar ki, hazırda ölkədə müstəqil iş adamları yoxdu. Məsələn, o vaxtı İmişlidə komanda yaransa da, bir günə dağıldı. Tovuzdakı komanda premyer-liqaya gələ bilmir. Artıq "Qəbələ” də deyəsən, dağılmaq üzrədi. Hələ məncə, AFFA pul xərcləyib bir az onları ayaqda saxlayıb. Olmasa, necə olacaq? Təbii ki, AFFA uğursuzluqlara görə məsuliyyət daşıyır. Ancaq futbolun da öz reallıqları var. O cümlədən basketbolun da. Görün hələ basketbol nə gündədir. Gürcüstanla müqayisədə xeyli problemlər var. Onların pulu da bizdən çox deyil axı. Gördüyünüz kimi, bütün sahələrdə olduğu kimi, futbolda da problemlər var. Təbii ki, bu məğlubiyyətlər xoşagələn deyil. Ən azı gələcək üçün yaxşı işlər görülməlidir”.

Mənbə: "Futbol+” qəzeti
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

Facebookdan bizi izləməyi unutmayın.
X