Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya”nın qonağı olacaq "Qarabağ” İspaniyaya çatıb.
Fanat.Az xəbər verir ki, dünən saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Sevilyaya yollanan Ağdam təmsilçisi 6.5 saatlıq uçuşdan sonra bir qədər əvvəl mənzil başına çatıb.
Qeyd edək ki, noyabrın 28-də "Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək "Sevilya” - "Qarabağ” matçına saat 00:00-da start veriləcək.
Fanat.Az