
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 16-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi "Baniyas” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Əl Vahda” ilə qarşılaşıb. Start heyətdə yer alan Riçi sonadək oynayıb. Cənubi amerikalı futbolçumuzun bu görüşdə "Baniyas”a ciddi faydası dəyməyib. Almeydanın komandası 0:3 hesablı darmadağına üzülüb. Millimizin braziliyalısı BƏƏ klubunda ilk yenilgisini belə alıb.
16 oyuna 20 xal yığan "Baniyas” turnir cədvəlində 14 iştirakçı arasında 9-cudu.
Fanat.Az