
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında
olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, Tacikistanın uyğun yaş qrupuna aid komandası ilə matç heç-heçə başa çatıb - 1:1. Azərbaycanın qolunu Nicat Quliyev vurub.
U-17 növbəti oyununu fevralın 10-da Danimarkanın
"Hellerup" klubuna qarşı keçirəcək.
Fanat.Az