
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Danimarkanın "Hellerup” klubuna qarşı oyun 2:2 hesabı ilə başa çatıb.
U-17-nin heyətində Firəddin Abdullayev və Nicat Quliyev fərqlənib.
Xatırladaq ki, millimiz daha öncə Tacikistandan olan həmyaşıdları ilə matçda 1:1 hesablə heç-heçə etmişdi.
Fanat.Az