"90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik, biz "Barselona" deyilik".
Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqanın XVII turunda səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gələn "Sabah”ın baş məşqçisi Jelko Sopiç deyib.
Mütəxəssis oyunun 70-75 dəqiqəsində çox gözəl oynadıqlarını bildirib: "Sabah"da işlədiyim vaxtda ən yaxşı oyunlarımızdan biri idi. Oyun sistemini rəqibə görə dəyişdik. "Sumqayıt"a topla çox oynamağa imkan verməməli idik. Bizə lazım olan 3 xalı qazandıq. "Sumqayıt"ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Bu üzdən onların paslaşmasına icazə vermək istəmirdik".
"Heyətdə 3 limit oyunçu var idi. Kim özünü göstərəcəksə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq. Komandadakı bütün futbolçular mənim üçün eynidi. Adı olub, heç nə etməyən oyunçunu nə edirəm?” deyə Sopiç bildirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol