
Azərbaycan millisinin və "Vulverhempton”un gənclərdən ibarət komandasının üzvü Renat Dadaşova yeni təklif var.
Fanat.Az xəbər verir ki, Sequnda təmsilçisi "Alkorkon” ingilislərə müraciət edərək Renatı icarəyə götürmək istədiklərini bildirib. İspaniya klubu yığmamızın gənc forvardıyla bağlı planları gələn mövsüm üçün qurub.
Hərçənd futbolçuya yaxın mənbədən aldığımız məlumata görə, "Vülverhempton”un idarəçiləri "Alkorkon”a rəsmi cavab verməyə tələsmir. Dadaşovun əsas komandaya cəlb edilməsini hədəfləyən britaniyalılar öncə Renatın nəyə qadir olduğunu sınamaqda maraqlıdı.
Fanat.Az