"Qarabağ” Azərbaycan çempionatları tarixində 1200-cü qolunu vurub.
Fanat.Az xəbər verir ki, bu, Premyer Liqanın XVII turunda baş verib. "Zirə” ilə oyunadək hesabında 1195 qol olan Ağdam klubu 6:0 hesabı ilə qalib gəlib. Səfərdə vurulan 5-ci top tarixə 1200-cü kimi düşüb. Yubiley qoluna 61-ci dəqiqədə Abdullah Zubir imza atıb.
Xatırladaq ki, "Qarabağ”ın ilk qolu 1992-ci ildə Sabirabad "İnşaatçı”sı ilə ev matçına təsadüf edib. Hesabı açan Mehman Alışanov həm klubun, həm də ölkə çempionatları tarixinin ilk qolunun müəllifi olub.
Qeyd edək ki, 1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda göstərilməyib. Həmçinin texniki nəticələr və ləğv olunan matçlar statistikada nəzərə alınmayıb. (pfl.az)
Fanat.Az