"Keşlə”nin legioneri Sezar Meza Kolli onun milliləşdiriləcəyi ilə bağlı AFFA-nın bu gün yaydığı açıqlamayla bağlı fikirlərini bildirib.
Fanat.az azerisport.com-a istinadən xəbər verir ki, 28 yaşlı paraqvaylı yarımmüdafiəçi bildirib:
"Həmişə demişəm ki, Azərbaycan mənim ikinci vətənim kimidir. Azərbaycan pasportu alacağıma görə sevinirəm. Bu, mənim üçün yaxşı xəbərdir. Çalışacağam ki, dəvət alacağım təqdirdə Azərbaycan millisinə maksimum dərəcədə xeyirli olum”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol