Moskvada bir mənzildə iki gəncin cəsədi tapılıb.
Fanat.Az xəbər verir ki, cəsədi tapılanların peşəkar Ukrayna şahmatçıları - 2013-cü ildə sürətli şahmat üzrə Ukrayna çempionu olmuş 26 yaşlı Stanislav Boqdanoviç və FİDE reytinqində 1861-ci yeri tutan 18 yaşlı Aleksandra Verniqora olduqları üzə çıxıb.
İlkin informasiyaya görə, gənclər dəm qazından ölüb. "Onların başlarında hamam torbaları olub", - TASS-a məlumat verən mənbə deyib.
Ukrayna mediası yazıb ki, Boqdanoviç Rusiyanı fəal dəstəklədiyi üçün 3 martda "Sülhməramlı” veb saytının bazasına əlavə edilib.
İstintaq tədbirləri davam etdirilir.
Fanat.Az