09:30 12.03.2020 1442

\"Cüdo yığmamızın ən ciddi problemi Ruslan Maşurenkodu\" - SORĞU

Yay Olimpiya Oyunları yaxınlaşdıqca idmansevərlərin həyacanı artır. Olimpiadanın proqramında olan idman növlərində qazanılan hər lisenziya coşqu ilə qarşılanır. Şübhəsiz, cüdoçularımızın "dəbdədəbəli idman vitrini”ndə necə təsir bağışlayacağı da böyük maraq doğurur. 
 
Fanat.Az olaraq bu idman növü ilə ilə yaxından maraqlanan bir neçə media mənsubunun Azərbaycan Cüdo Federasiyasının (ACF) fəaliyyətinin qənaətbəxş olub-olmadığını soruşduq. İdman jurnalistikasında "külüng çalanlar”ın Olimpiadada cüdoçularımızdan nə gözlədiyini eşitmək və sizlərə təqdim etmək istədik.  

Kənan Həsənov ("Futbol+” qəzeti): "Cüdo Federasiyasının işini o mənada qənaətbəxş saymaq olar ki, rəhbərlik səviyyəsində bütün yığmalar diqqət və qayğı ilə əhatə olunub. Yəni maddi təminat baxımından problem yoxdu. O başqa məsələ ki, bunun qarşılığı istənilən səviyyədə deyil. Nəticələr nikbinlik üçün əsas vermir. Yığma üzvlərində sabitlik çatışmır. Bu üzdən Olimpiadada bütün çəkilərdə təmsil olunacağımızı gözləmək yersizdi. İdmansevərlərin üzünü güldürmək də heç də asan olmayacaq. Mən şəxsən Olimpiadada ciddi nəticələr qazanacağımıza inanmıram. Təki yığma üzvləri məni və mənim kimi bədbin düşüncə sahiblərini yanıltsınlar. Buna yalnız sevinə bilərik".

Sahib Əsədbəyli ("Kaspi” qəzeti): Ümumi götürəndə, ACF-nin hazırkı rəhbərliyinin ötən 4 ildəki fəaliyyətini yarıtmaz adlandırmaq düzgün olmaz. Ən azından, ənənəvi növlər arasında ötən dövrlərlə müqayisədə, zəif təsir bağışlamayan yeganə növ cüdo oldu. Aşağı yaş kateqoriyaları üzrə yığmalardan tutmuş, əsas milliyədək DÇ və AÇ-lərdə müəyyən əlamətdar hadisələr yaşandı. Habelə, yerlərdə cüdonun kütləviləşməsi, bazaların yaradılması və genişləndirilməsi istiqamətində bəzi addımlar atılıb, təşəbbüslərə dəstək verilib. Konkret Olimpiadaya gəlincə, hesab edirəm, hazırkı reytinq durumu normaldı. Yeddi lisenziya demək olar dəqiqləşib, daha dördünə də iddia var. Say 9 olarsa, bu, rekord olacaq. Ancaq bu, komandanın real potensialından xəbər vermir. Başqa sözlə, komandamızın Tokioda rekord nəticə göstərməsi inandırıcı deyil. Lisenziya sayının ümumi vəziyyətdən fərqlənməsi daha çox maddi dayanıqlılıq, dövrü turnirlərdə ardıcıl iştirakla əlaqədardı. Konkret bir nəfər yoxdu ki, deyəsən, ondan çempionluq gözləyirik. Digər tərəfdən, cüdo bol sürprizli idman növüdü, kiçik, ya böyük, sensasiyalara az şahid olmamışıq. Hər halda, medal və ya medallar olacaq. Fikrimcə, bu gün üçün Azərbaycan cüdo yığmasının ən ciddi problemi Ruslan Maşurenkodu. Peter Zayzenbaher kimi mütəxəssisdən sonra nəinki yığma səviyyəsində, heç doğru-düzgün məşqçilik təcrübəsi olmayan bu adamı Azərbaycan kimi komandanın başında görmək, hardan baxsan, utancvericidi.

Tahir Hümmətov (apasport.az): Azərbaycan Cüdo Federasiyasının işini qənaətbəxş sayıram. Təbii ki, bunun da səbəbləri var. Qurum həm kişi, həm qadın, həm də digər yığmalar üçün lazım olan şəraiti yaradıb. Komandalar Azərbaycanla yanaşı, xarici ölkələrdə də təlim-məşq toplanışında olurlar ki, bu da inkişaf üçün vacib amillərdəndir. Həmçinin cüdoçularımızın beynəlxalq arenada uğurlarına da öz töhfəsini verir. Düzdür, bəzən hansısa yarışda uğursuzluq da yaşanır, milli üzvləri həlledici görüşdən məğlub ayrılırlar. Bu da başadüşüləndir. Amma ümid edirəm ki, məşqçilər korpusu və federasiya bunu hər birimizdən yaxşı bildiyindən çıxış yolunu da düşünürlər. Lisenziya məsələsinə gəlincə, ötən il vəsiqə sayında rekord qeydə alındı. Bu dəfə isə 8 lisenziyanı da üstələmək şansımız var. Çünki reytinqə baxsaq, təxminən 4-5 cüdoçumuzun Tokioya biletinin "cibində” olduğunu görürük. Bir o qədərinin də lisenziya qazanacağı inandırıcıdır və onlar da həmin "təyyarədədirlər”. Əvvəlki yarışlarla müqayisədə bir sıra idmançımız daha böyük təcrübəyə malikdir və Yaponiya paytaxtında 12 illik tilsimi qırmaq gücündədir. Fikrimcə, Rüstəm Orucovla İrina Kindzerska çempion olmaq gücündədirlər. Amma bir "qızıl” da bu yığma üçün uğur sayılacaq.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2024
20:45

MPL:  "Sumqayıt" "Səbail"i yenir - YENİLƏNİR

19:57

Kaxaber Tsxadadze "Sabah" üzərində qələbəni şərh etdi

19:33

"Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin idi" - Krunoslav Renduliç

18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

10:58

"Real Madrid" rekordunu təkrarladı

09:52

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

Xanımı Tomas Mülleri sosial şəbəkə hesablarından sildi

01:58

"Milan" "Kalyari"yə rəhm etmədi

00:42

"Real"dan darmadağın

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

Facebookdan bizi izləməyi unutmayın.
X