Keçmiş NBA oyunçusu, hazırda ESPN-də mütəxəssis kimi çalışan Kendrik Perkins Lebron Ceymsin yüksək səviyyəli oyununu hələ bir müddət davam etdirəcəyindən əmindi.
Fanat.Az xəbər verir ki, Perkins tvitter hesabında Ceyms haqqında fikirlərini bölüşüb:
"Lebron Ceyms adam deyil. Növbəti 5 il ərzində bu oyun səviyyəsini qoruyub saxlaya bilər".
35 yaşlı basketbolçu mövsümün dayandırıldığı perioda qədər olan vaxtda 25,7 xal, 7,9 ribaund və 10,6 assist ortalamaları ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol