Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Barış Ekincier "Bohum"da qalmaq istəyir.
Fanat.Az xəbər verir ki, Avstriyanın "Austriya Klagenfurt" klubundan icarədən qayıdan oyunçu müxtəlif təkliflərə rəğmən, komandasını dəyişmək istəmir. Düzdü, futbolçu klub rəhbərliyinə yeni macəra axtarışında olmadığını deyib.
Ancaq "Bohum" Barış haqda yekun qərarını verməyib. Yarımmüdafiəçi baş məşqçi Tomas Raysın raportuna əsasən yenidən icarəyə verilə və ya komandasını dəyişə bilər. 21 yaşlı oyunçunun taleyinə ayın sonunda aydınlıq gələcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol