12:43 10.07.2020 936

Əfran İsmayılov: \"Gələcəkdə at satışı ilə məşğul ola bilərəm\"

Cari mövsümün sonunda "Keşlə"dən ayrılan futbolçu Əfran İsmayılov xüsusi hədiyyə alıb.

Bu barədə "Report"a 32 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

Hazırda doğma rayonu Ağstafada olan təcrübəli oyunçu bildirib ki, "Dilbaz" atçılıq təsərrüfatının rəhbəri Səlimxan Gülalıyev ona at bağışlayıb: "Səlimxan müəllim kəndçimizdi, həm də Sadıxlıda yerləşən təsərrüfatın direktorudu. Onunla görüşənda atlara marağım olduğunu bildi və mənə dayça hədiyyə etdi. Azərbaycanda iki növ məşhur at var: biri Qarabağ, digəri Dilbaz atları. Bunlar seçilmiş atlardı. Buna görə ona minnətdrlığımı bildirirəm. Görüşdük, atın sənədlərini də təqdim etdi".

İsmayılovun sözlərinə görə, hələ uşaq yaşlarından atlara marağı olub: "7-8 yaşım olanda hər yay rayona gəlib dayımgilin yanında qalırdım. Elə o vaxtdan atlara marağım olub. Çox həvəsli idim. Böyüdükcə istəyirdim ki, öz atım olsun. Düzdü, bunun üçün vaxtım olmurdu. Çünki at saxlamaq tamam fərqli şeydi. Çox vaxt ayırmalısan. Çalışacağam ki, tez-tez baş çəkib atımla maraqlanım".

Futbolçu hədiyyə olunan atı Bakıya gətirəcəyini söyləyib: "Orada da saxlamaq fikrim var. Futboldan uzaqlaşandan sonra bütün fikrimi tamamilə atlara yönəlcədəm. Hələ ki özüm üçün saxlayıram. Gələcəkdə Dilbaz atlarının sayını artıra, hətta satış da edə bilərəm. Bu atların daha çox tanınmasını istəyirəm".

Karyerası barədə də danışan Azərbaycan millisinin sabiq üzvü Gürcüstandan 1-2 variantının olduğunu vurğulayıb: "Danışıqlar aparacağam. Alınmasa, başqa şey fikirləşəcəyəm. Çalışacağam, alınsın. Karyeramı bitirmək üçün hələ tezdir. Amma klub tapa bilməsəm, karyeramı bitirəcəyəm. Ölənədək kiminsə dalınca düşəsi, ona-buna ağız açası deyiləm".

Qeyd edək ki, Əfran İsmayılov daha əvvəl "Turan", "Qarabağ", "Bakı", "Xəzər Lənkəran", "İnter" və "Sumqayıt" klublarında da çıxış edib.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

09:00

MPL: "Səbail" autsayderə qarşı - YENİLƏNİR

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X