“Topaz”la əməkdaşlığımızın 1 ili tamam oldu. Bu qurumun Azərbaycan futboluna fayda verdiyini mətbuatda yazılan məlumatlardan da gördüm. Bu, ilk növbədə yayınla bağlıdır”. Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
O bildirib ki, əvvəllər çempionat oyunlarının canlı yayımında böyük problemlər yaşanırdısa, “Topaz”ın sponsorluğundan sonra vəziyyət yaxşılığa doğru dəyişib: “Bu qurumun sayəsində 2 illik yayım planını 1 ilə doldurduq . İnanıram ki, daha problem yaşanmayacaq və bu ilkindən daha çox oyun yayımlanacaq. Onlar I diviziondan matçların yayımlanmağına da yardımçı oldular. Sözümü başqa cür başa düşməyin, maliyyəni kənara qoyuram, ancaq “Topaz”ın çempionatımıza faydası böyük oldu”.
PFL prezidenti növbəti mövsümdə də birgə planlarının olacağını söyləyib: “Respublikadan kənarda iş görməyi planlaşdırırıq və sözsüz ki, sizləri ora dəvət edirik. “Topaz”la heç bir narazılığımız olmayıb və inanıram ki, bundan sonra olmayacaq. Çalışacağıq ki, olan səhvləri növbəti mövsümdə aradan qaldıraq”.
İdman24.az