Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməli olan "Barselona" - "Napoli" matçı "Kamp Nou" stadionunda oynanılacaq.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, şəhər meriyası qarşılaşmanın risksiz şəraitdə keçiriləcəyinə dair zəmanət verib. "Görüş planlaşdırıldığı kimi, Barselona şəhərində oynanılacaq", - deyə UEFA-nın bəyanatında qeyd olunub.
"Barselona" avqustun 8-də "Napoli"ni qəbul edəcək. Tərəflər arasındakı ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb.
Daha öncə İspaniyada koronavirusun yenidən yayılmağa başlaması səbəbindən sözügedən qarşılaşmanın başqa ölkədə keçirilmə ehtimalı ortaya çıxmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol