18:25 07.12.2020 1930

Erməni baş məşqçi güləşçilərimizə qarşı düşmənçilik etmələrini istəmir: "Biz məğlub olacağıq"

"Müharibədən sonra yığmada xoşagəlməz vəziyyət yaranıb. Artur Aleksanyan və digərləri düşmənçiliyə görə xalçadan kənarlaşdırılsalar, biz məğlub olacağıq".

Bunu yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi, olimpiya çempionu Artur Aleksanyanın atası və şəxsi məşqçisi Gevorq Aleksanyan "news.am" nəşrinə açıqlamasında 12 - 18 dekabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək fərdi dünya çempionatına hazırlıq barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, 44 günlük döyüşlərdən sonra dərhal məşqləri bərpa etmək, idmançıları hazırlaşdırmaq və komandanı toparlamaq qeyri-mümkün idi: "Müharibədən sonra yığmada gərgin psixoloji vəziyyət yaranıb. Təlim-məşq toplanışının ilk günlərində onların gözlərinə baxdım. Sanki burada olmadıqlarını gördüm. İdmançılarda narahatlıq var idi. Hətta indi də düşüncələri başqa yerdədir. Düzdür, hardasa bu mərhələni keçə bildik. Amma müharibə hamımızın həyatında iz qoydu. Ağır günlərimiz oldu".

Dünya çempionatında erməni idmançıların Azərbaycan və Türkiyə güləşçiləri ilə mümkün qarşılaşmasına da münasibət bildirən Aleksanyan onları sırf bu görüşlər üçün hazırlamağın uğursuzluqla nəticələnəcəyini etiraf edib: "İstəsək də, istəməsək də, xalçada düşmənçilik olacaq. Bizim vəzifəmiz bunu azaltmaqdır. Biz yarışa yalnız azərbaycanlı və ya türkləri məğlub etmək üçün getsək, uduzacağıq. Çünki yalnız bir idmançıya qarşı məşq edə bilməzsiniz".

Baş məşqçinin fikrincə, idmançı bütün turniri qalib gəlməyə psixoloji cəhətdən hazır olmalıdır. Bilmirəm insanlar məni anlayacaqlar, ya yox. Amma idman psixologiyası baxımından uşaqları türkiyəli və azərbaycanlı rəqiblərə qarşı kökləyə bilmərik. Qonşu ölkələrin təmsilçiləri ilə həmişə qarşılaşmışıq və yenə qarşılaşacağıq. Aleksanyanın əsas rəqiblərindən biri türkiyəli Cenk İldemdir. Müharibədən və bizim üçün xoş olmayan situasiyadan sonra Arturu və başqalarını döşəyə düşmənçilik ruhunda çıxarmaq uğursuzluq, hədsiz gərginlik anlamı verəcək. Bu isə qələbəyə mane olacaq".//report.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

09:27

Vieyra DÇ-2026-nın iştirakçısını çalışdıracaq

Facebookdan bizi izləməyi unutmayın.
X