18:09 15.12.2020 885

"Neftçi"nin legioneri İspaniyada oynamaq istəyir

"Ötən mövsüm "Düdelanj"ın heyətində Avropa Liqasının qrup mərhələsinin 6 oyunundan 5-də meydanda oldum. Məhz "Qarabağ"la matçlardan sonra "Neftçi"nin maraq dairəsinə düşdüm".

Bu fikirləri "Neftçi"nin futbolçusu Sabir Buqrin "hln.be" saytına açıqlamasında "ağ-qaralar"a keçidi barədə danışarkən deyib.

Belçikalı yarımmüdafiəçi ötən yay flaqmanla yanaşı, daha bir neçə klubdan təklif aldığını bildirib: "Onların arasında "Lyers" komandası da var idi. Amma həmin vaxt tam olaraq, koronavirus böhranının içində idik və "Neftçi" daha konkret təklif irəli sürmüşdü. Özümə güvənib, idman baxımından irəli addım atmağı seçdim".

"Neftçi"nin son illər daim Avropa Liqasında çıxış etdiyini xatırladan 24 yaşlı oyunçu II təsnifat mərhələsində Türkiyənin "Qalatasray" komandası ilə keçirdikləri matça toxunub: "Təəssüf ki, qrupa düşə bilmədik. Çünki II raundda ən yaxşı klublardan biri ilə qarşılaşdıq. Amma gələn mövsüm yeni şansımız olacaq. Kim bilir, bəlkə yerli çempionatda daha yaxşı nəticə əldə edəcəyik".

Azərbaycan Premyer Liqasının formatından da söz açan Buqrin mövsüm ərzində eyni komanda ilə 4 dəfə üz-üzə gəldiklərini söyləyib: "Komandalar turnir cədvəlində xal baxımından bir-birinə çox yaxındır. Amma düşünürəm ki, çempionluq uğrunda əsas mübarizə "Qarabağ"la "Neftçi" arasında gedəcək. Düzdür, son oyunda əsas rəqibimizə 0:6 hesabı ilə uduzduq (gülür - red.). Amma iki komanda arasında ciddi keyfiyyət fərqi hiss olunmadı. Çünki ilk dövrədə də biz onları səfərdə 2:1 hesabı ilə məğlub etmişdik".

Yarımmüdafiəçi gələcəkdə İspaniya La Liqasında oynamaq istədiyini vurğulayıb: "Düşünürəm ki, "Neftçi"yə keçmək düzgün addım idi. Hazırkı vəziyyət məni tam qane edir. Ümid edirəm ki, nə vaxtsa İspaniya çempionatında çıxış edəcəyəm. La Liqa arzularımın çempionatıdır. "Düdelanj"ın heyətində "Sevilya"ya qarşı oynamışam. Görünür, ötən mövsüm mənim üçün daha yaxşı keçib".

Bakıdakı həyat tərzi barədə də danışan futbolçu şəhərdə futbol üçün fantastik şəraitin yaradıldığını qeyd edib: "Bakı müasir şəhərdir. Buranı tanımırsınızsa, özünüzü Dubayda hiss edə bilərsiniz. Yeganə çatışmazlıq bu həftədən başlayan sərt karantin tədbirləridir. Yoluxma sayı yenidən artdığı üçün bu addımı atdılar. Virus məndən də yan keçmədi. Milli komandaların oyunları ilə bağlı fasilədən sonra bəzi yığma üzvlərimiz düşərgəyə yoluxmuş şəkildə qayıtdılar. Virus paltardəyişmə otağımızda yayıldı. Bu həftə növbəti dəfə test nəticəm mənfi çıxdı. Amma ilk bir neçə gün çox çətin keçdi. Gülmək üçün heç bir səbəb yoxdur. Hələ də virusa şübhə ilə yanaşanlar üçün deyirəm ki, bu, zarafat deyil. Ən yaxşısı tələblərə əməl etməkdir".(report.az)
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

Facebookdan bizi izləməyi unutmayın.
X