13:07 29.01.2021 1209

AFFA-nın Konfransı keçirildi - VİDEO

Bu gün AFFA-nın videokonfrans formatında Növbəti Konfransı keçirilib.

Fanat.Az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, əvvəlcə rəsmi prosedura uyğun olaraq 35 səs hüquqlu nümayəndənin 34 nəfərinin Konfransda iştirak etdiyi açıqlanıb. Beləliklə, Konfrans yetərsaya uyğun olaraq, səlahiyyətli sayılıb.

AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfrans iştirakçılarını salamlayıb: "Hörmətli Konfrans iştirakçıları, hörmətli qonaqlar. AFFA-nın növbəti Konfransında hər birinizi salamlayıram. Təxminən 1 ildən çoxdur ki, dünyanın əksər ölkələri COVİD-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya dövrünün öz tələbləri var. Biz də bu amilləri nəzərə alaraq bu gün videokonfrans formatında görüşürük. Əlbəttə, pandemiya ilə bağlı 2020-ci ili çətin və bəlkə də uğursuz adlandırmaq olardı. Lakin ötən il bizim üçün hər zaman zəfər ili kimi xatırlanacaq. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Böyük qələbə münasibətilə hər birinizi təbrik edirəm. Vətən müharibəsində AFFA-nın Qeydiyyat sistemində qeydiyyatdan keçmiş, Azərbaycan futbol ailəsinin 191 nəfər üzvü də şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

AFFA prezidentinin salamlamasından sonra icraçı vitse-prezident Elxan Məmmədov məlumat verib ki, UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın Konfransına videomüraciət ünvanlayıb və videomüraciət nümayiş olunub. Sonra Elxan Məmmədov ötən il AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə hesabat xarakterli çıxış edib. Ardınca hesabat videoçarxı nümayiş olunub.

Məlumat verilib ki, hər il olduğu kimi, AFFA-nın hesabatı affa.az saytında yerləşdirilib (keçid linki: Hesabat-2020).

Sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat çıxışı edib.

Elxan Məmmədov məlumat verib ki, Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərdə ekoloji vəziyyətə töhfə vermək, çempionatın futboldankənar uzunmüddətli irsinin saxlanılması ilə bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul etmişdi ki, ev sahibi şəhərlərdə 50 min ədəd ağac əkilsin. AFFA UEFA-nın bu təşəbbüsünü müsbət qarşılayıb. AFFA ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən müxtəlif yaşıllaşdırma idarələrinin ərazisində 50600 (əlli min altı yüz) ədəd ağac əkilib. Ağacların bir qismi Xocahəsən gölünün ətrafında, digər hissəsi isə hava limanı magistral yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında əkilib. Bununla bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonra AFFA-nın texniki direktoru Cahangir Həsənzadə çıxış edərək, gənclərdən ibarət milli komandaların hazırlıq prosesi və turnirləri barədə məlumat verib.

FIFA nümayəndəsi Nodar Axalkatsi öz çıxışında FIFA tərəfindən AFFA-nın Konfransına ünvanlanmış fikirləri səsləndirib.

Səs hüquqlu Konfrans nümayəndəsi Oqtay Abdullayev çıxış edərək Tovuz rayonunda, "Turan-Tovuz” klubunun nəzdində inşa olunmuş Futbol Akademiyasının istifadəyə verilməsi ilə bağlı AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Konfrans başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclası keçirilib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 Avqust 2026
15:46

"Sabah" Həmzə Çoudrini transfer edə bilməyəcək?

15:29

Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

15:11

MOİK rəsmiləri Xankəndiyə yollanır

14:53

Azərbaycan yığması Şimali Makedoniyaya qalib gəldi

14:34

"El Klassiko" Türkiyədə keçirilə bilər

14:17

"Şəfa" son yoxlama oyunlarını keçirdi

13:59

"Qarabağ"ın növbəti mərhələyə adlayacağına ümid edir və inanıram" - Samir Əliyev

13:41

Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

13:22

Türkiyə millisinin qapıçısı La Liqada oynayacaq - RƏSMİ

13:04

"Barselona" Rodriyə görə 50 milyon avro verəcək

12:51

"Qalatasaray" Martinellini istəyir

12:33

Arif Əsədov: "Qarabağ" artıq üç matçdır ki, qol vura bilmir, amma..."

12:14

Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir - AÇIQLAMA

11:55

"Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi transfer etmək istəyirik" - Kaxaber Tsxadadze

11:34

Alvares "Barselona"ya keçməkdə qərarlıdır - Simeone ilə danışdı

11:08

"Kuboklar qazanmağa gəlmişəm" - Məhəmməd Salah

10:51

Vinisus Juniorla müqavilə uzadıldı - RƏSMİ

10:30

Region Liqasının debütantı milli üzvü ilə gücləndi

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"İmişli" 2-ci Liqanın debütantı ilə qarşılaşır

09:25

"Sabahın Ulduzları": 3 oyunda 21 qol vuruldu

09:00

UEFA reytinqi: Azərbaycan neçəncidir?

01:43

KL: "Tvente" darmadağına sevindi

01:18

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

01:01

Murad Məmmədov Avstriya nəhənginə qarşı oynadı, komandası...

06 Avqust 2026
23:54

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyətdən sonra belə danışdı

23:24

Komandası heç-heçəyə razılaşdı, Mahir isə...

23:09

Azərbaycan millisi Göygöldəki təlim-məşq toplanışını başa vurdu

22:56

KL: "Dinamo" "Qarabağ"ı minimal fərqlə üstələdi

22:19

“Atletiko” Romeronu transfer etmək istəyir

21:34

"Kəpəz" Gəncədə "Karvan-Yevlax"ı məğlub etdi

21:18

"Fənərbağça"nı məyus edən xəbər gəldi - Bu futbolçu 6-8 həftə oynamayacaq

20:56

“Real Madrid”in alternativ planı

20:01

Slavik Alxasovun yeni klubu bilindi

19:47

Cənubi Koreya Futbol Assosiasiyasında polis əməliyyatı

19:08

Yan Diomande "Real Madrid"də - RƏSMİ

18:34

AFFA "Şamaxı" və "Qəbələ" akademiyalarında maarifləndirici təlim keçib

18:08

AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə edib

17:42

Komandaya istirahət verən Tsxadadze daha 2 legionerin yolunu gözləyir

17:24

"Trabzonspor" Salahın transferini və keçidin maliyyə detallarını açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X