09:40 08.03.2021 851

Millimizin baş məşqçisi: “Müəyyən dəyişiklik edəcəyik”

"Atmosfer yaxşıdır. Sadəcə, səfərlə əlaqədar uşaqlarda yorğunluq var idi. Bunu xüsusilə də səhər məşqində hiss etmək olardı. Sanki, yuxulu idilər. Amma axşam hazırlığı zamanı fərqli ab-hava izlədik. Oyunçularım daha istəkli və həvəsli idilər. Heyətdə ciddi zədəsi olan futzalçı yoxdur. Bu da bizi sevindirən cəhətdir”.

Fanat.Az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Kişinyovda Moldova yığması ilə keçirəcəkləri Avropa çempionatının seçmə qrup oyunundan öncə azfutzal.az-a açıqlamasında deyib.

Baş məşqçi Bakıda Moldova ilə keçirilən görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən Rafael Vilelanın yoxluğuna görə çətinliyin olacağını, amma fərqli taktiki variantlar üzərində işlədiklərini də gizlətməyib: "İlk üç oyunda iki "4-lük” müəyyənləşdirmişdik. Bu dəfə fərqli olacaq. Çünki Vilela sarı vərəqə limitini doldurduğuna görə, cəzalı duruma düşüb. Əlbəttə, hər bir oyunçunun yoxluğu bizim üçün problem yarada bilər”.

Joze Alesio bu boşluğu doldurmaq üçün fərqli sxem üzərində işlədiklərini deyib: "Hazırda oyunçularımızın hamısı yaxşı formadadır. Rafael bizə çox kömək edirdi, ancaq cəzalı olduğundan, əlimizdə olan oyunçularla onun yoxluğunu hiss etdirməməliyik. Məşqlərdə də bunun üzərində işləyirik. Məncə, ciddi çətinlik yaşamarıq”.

O, hər iki komandanın bir-birini yaxşı tanıdığına görə, müəyyən dəyişikliyin qaçılmaz olduğunu gizlətməyib: "Cəmi 3 gün əvvəl qarşılaşmışıq. Hər iki komanda bir-birini yaxşı tanıyır. Buna görə də müəyyən dəyişiklik edəcəyik. Müdafiədə fərqli oynayacağıq, məşqdə də onun üzərində işlədik. Nə etmək istəyirik, edə biləcəyikmi, suallarına aydınlıq gətirdik”.

Millinin baş məşqçisi komanda üçün hər cür şəraitin yaradıldığını, heç bir problemlə üzləşmədiklərini vurğulayıb: "Kişinyovda bizim üçün yaxşı şərait yaradılıb. Zal əla vəziyyətdədir, qaldığımız otel yüksək səviyyədədir, oyunçuların da məşqlərə ciddi, istəkli və həvəslə yanaşması məmnunluq yaradır. Təbii ki, maksimum nəticə qazanmaq üçün mübarizə aparacağıq. Xal itkisi haqda düşünmürük. Qələbə qazanmalı, xal ehtiyatımızı artırmalıyıq. Açığı, riyazı hesablamalar aparmırıq. Qrupun son matçına qədər qələbə qazanmaqla bağlı məqsədimiz dəyişməyəcək”.



Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 İyun 2024
20:40

London nəhənginin vingeri "Nyukasl"ın "radar"ında

20:00

Musa Qurbanlı "Qarabağ"da - RƏSMİ

19:07

Facoli ilk oyunu buraxacaq

18:55

20 yaşlı mərakeşli İngiltərə klubunda - RƏSMİ

18:22

"Qarabağ" növbəti transferini reallaşdırmaq üzrədir - SON DURUM

17:37

"Müdafiənin mərkəzində oynamağa üstünlük verirəm, amma.." - Benjamen Pavar

17:30

ETOPAZ-da AVRO 2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün SAATLAR QALDI!

17:19

Almaniya nəhəngi əfsanəsindən ayrıldığını açıqladı

17:00

AFFA danışılmış oyunlarda günahlandırılan iki nəfərin şikayətini rədd etdi

16:42

"Sabah" legioneri ilə vidalaşdı

16:24

Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi

16:05

AFFA-da kadr "islahat"ı başladı

15:44

"Everton" kapitanı ilə anlaşdı - RƏSMİ

15:25

Kadinin agenti son vəziyyəti açıqladı

15:07

Azərbaycan samboçusu bürünc medal qazandı

14:49

La Liqa klubu Yorgensenlə anlaşdı

14:28

"Barselona" Vitor Rokeyə əvəzləyici tapdı - Cəmi 4 milyona

14:10

Millimiz irəlilədi - Reytinq

13:51

"Bizi favorit sayırlarsa..." - Usman Dembele

13:32

Minifutbol turniri keçirildi

13:13

Fransa millisi AÇ-2024-ün startı ərəfəsində ulduzunu itirdi

12:54

"Birini vursam, ardı gələcək" - Belçika millisinin forvardı

12:36

Neymar oynamaq arzusunda olduğu komandanın adını açıqladı

12:17

Bakıda məşqçi kurslarına yekun vuruldu

11:56

Robertson Almaniya ilə oyundan öncə belə danışdı

11:38

"CBC Sport" AÇ-2024-ün bu oyunlarını canlı yayımlayacaq - AÇIQLAMA

11:10

Fernandu Santuş Bakıda İdman obyektlərinə baş çəkdi

10:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:12

AÇ-2024: Almaniya millisi Şotlandiyaya qarşı - YENİLƏNİR

09:49

PSJ "Real"ın futbolçusuna elçi düşdü

09:25

Bir aylıq futbol marafonu başlayır - TƏQVİM

09:00

"Macarıstana qalib gələcəyimizi demirəm, amma..." - Qranit Caka

08:02

"Bayer"dən yeni transfer - RƏSMİ

13 İyun 2024
22:30

"Albaniyanı da siyahıdan silmək olmaz" - Luis de la Fuente

21:32

"Xorvatiyanı məğlub etmək üçün..." - Daniel Olmo

20:18

Errera La Liqa klubu ilə müqavilə yenilədi

19:30

"ÇL-də 48 qələbəmiz var" - Laporta "malı mala qatdı" 

18:45

Stiven Cerard Fransa klubu ilə anlaşdı

18:11

Braziliyalı vunderkind İngiltərə klubunda - RƏSMİ

17:49

Dzanetti A Seriyası təmsilçisinin baş məşqçisi oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X