09:00 15.03.2021 1269

"Kiçik futbol"un böyük adamları

Martın 10-da Avropa çempionanın seçmə mərhələsi çərçivəsində 3-cü qrupda mübarizə aparan futzal millimiz səfərdə Moldovaya 5:3 hesabı ilə qalib gəlməklə növbəti uğuruna imza atdı.

Belə ki, inamlı qələbə sayəsində yığmamız  vaxtından əvvəl Avropa çempionanın final mərhələsinə vəsiqəni təmin etdi. Özü də 6-cı dəfə ardıcıl. 2010-cu ildən bu yana hər 2 ildən bir təşkil olunan Avropa çempionatı Azərbaycansız keçirilmir. Futzalımız adına böyük uğurdur.

UEFA-nın tərkibində Futzal Komitəsinin yeni qərarına əsasən, bundan sonra Avropa çempionatı 4 ildən bir təşkil olunacaq. Başqa bir qərara əsasən, komandalar qrup mərhələsində 4 komanda olmaqla ev-səfər prinsipi ilə 6 oyun keçirməlidirlər. Buna kimi isə qruplarda hər birində 4 komanda olmaqla oyunlar bir ölkədə turnir formatında təşkil olunurdu və qalib komanda final mərhələsinə birbaşa vəsiqə qazanırdı. Detallara varmayaq, əsas odur ki, futzalçılarımız futbolçularımızdan fərqli növbəti dəfə Azərbaycanın adını uca tutdu.

Budəfəki Avropa çempionatına Niderland ev sahibliyi edəcək. 2022-ci il 16 yanvar-6 fevral aralığında Amsterdam və Qroningen şəhərlərində təşkil olunacaq çempionatda 16 komanda iştirak edəcək. Kimlər? Niderlandın adı təşkilatçı ölkə kimi əvvəldən məlum idi. Qalan 15 vəsiqə uğrunda 32 milli 8 qrupda seçmə mərhələdə mübarizə aparırdı. Artıq daha 6 iştirakçının adı məlumdur. Onlardan biri də Azərbaycandır.

Komandamızın qrup mərhələsində hələ 2 oyunu var. Aprelin 8-də Slovakiyanın qonağı olacaq yığmamız 8 gün sonra Yunanıstanı qəbul edəcək. Qrup birincisi olmaq üçün Slovakiya ilə oyunda 1 xal yetərlidir. Bunu bacaracağımız təqdirdə Yunanıstanla qarşılaşma formal xarakter daşıyacaq. İnanırıq ki, Bakıda rəqibini 4:1 hesabı ilə məğlub edən futzalçılarımız işi sonuncu tura saxlamayacaqlar.  Qısası, Azərbaycanın qrup birincisi olmamasını möcüzədən asılıdı. Bundan rahat olaq! Amma narahat olmalı məqamlar çoxdur.

 

Artıq 1 yaşını "qeyd edən" pandemiyanın ən çox zərbə vurduğu idman sahələrindən biri də futzaldır. 1 ilə yaxından idman zallarının bağlı olması üzündən komandalar nə məşq edirlər, nə də yarışlara çıxırlar. Yanvarda "Araz"ın Çempionlar Liqasında çıxışını və millimizin Avropa çempionatının seçmə mərhələsinə hazırlığını nəzərə alaraq həm "Araz"a, həm də yığmamıza məşq keçməyə icazə verilsə də, futzaldakı durğunluq davam etməkdədir. Günahkar isə koronavirusdu. "Araz" ilk mərhələdə yarışdan kənarda qaldı. Amma yığmamız üzümüzü ağ edir. Doğrudur, milli komandamızın heyətinin yarısı əcnəbilərdir. Yəni milliləşdirilmiş iranlılar, braziliyalılar. Məhz bu amil bəzi insanlarda "futzalda uğuru onların hesabına qazanırıq" fikrini formalaşdırıb. Bəllidir, əcnəbilərin qazanılan uğurlarda böyük payı var. Amma yeri futzalçıları da unutmayaq. Rizvan Fərzəliyev, Rövşən Hüseynov, Emin Kürdov, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov və digərlərinin əməyini danmaq günah olardı. Bir faktı misal çəkim - seçmə mərhələdə vurduğumuz 17 qoldan 5-i yerlilərin payındadır. Azdır? O halda, Rövşən Hüseynovun seyvlərinə nə söz? Onlarsız yığmamız bu uğura çətin imza atardı. Təəssüf doğuran məqam bu futzalçıların davamçısının olmamasıdır. Daha dəqiq, yetişməməsi. Bəli, bu gün futzalda əcnəbilərin köməyi ilə hələlik uğur qazanırıq. Lakin gələcək qaranlıq görünür. Səbəb futzala diqqətin istənilən səviyyədə olmaması, gənc futzalçıların yetişdirilməsi üçün məktəblərin yoxluğu və s.-dir. Ümumiyyətlə, bu, başqa  mövzudur və zamanla bu mövzuya qayıdacağıq. Hələliksə, bizə futzalçılarımızın qazandığı uğurdan həzz almaq qalır.  Komandamız 6-cı dəfə ardıcıl Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqla özünəməxsus rekordu yenilədi. Maraq üçün qeyd edək ki, komandamızın kapitanı Rizvan Fərzəliyev 2010-cu ildən bu günə kimi keçirilən 5 birinciliyin hamısında iştirak edən yeganə futzalçımızdır. İnanırıq ki, gələn il 42 yaşı olacaq Rizvan millimizlə bərabər, öz rekordunu da yeniləyəcək.

Rizvandan söz düşmüşkən, bir neçə il əvvəl onun haqqında yazı hazırlamışdım, Rizvanın futbola gəlişindən tutmuş futzaldakı uğurlarına kimi bəhs etmişdim. Başlıq "Kiçik futbol"un böyük adamı" idi. Təkrarçılıq edirəm, düzü, oxuduğunuz yazıya daha yaxşı başlıq tapa bilmədim. Bu dəfə "Kiçik futbol"un böyük adamları"...
 
İlqar Tağıyev, 525-cı qəzet
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

Facebookdan bizi izləməyi unutmayın.
X